RU

Rusiya çoxtərəfli savaşdadır: Şimal qonşumuzun hərbi büdcəsinin artırılması gözlənilən idi

Rusiya Prezidenti Vladimir Putin 2025-ci il üçün hərbi xərcləri rekord səviyyəyə qaldıraraq büdcə planlarını təsdiqləyib. Bu barədə “Assoşeyted Press”məlumat yayıb. Bildirilib ki, ölkə büdcəsinin təxminən 32,5%-i milli müdafiəyə ayrılıb. Müdafiəyə ayrılan məbləğ 13,5 trilyon rubl (145 milyard dollardan çox) təşkil edir. Xatırladaq ki, 2024-cü ildə Rusiyanın müdafiə qabiliyyətinə ayılan vəsait büdcənin 28,3% təşkil etmişdi.

Hərbi ekspert Emil Həsənli “Sherg.az”a bildirib ki, Rusiya bir sıra istiqamətdə müharibə aparır:

“Bunlardan ən başlıcası Rusiyanın Ukrayna ilə apardığı savaşdır.Üç ilə yaxındır Ukrayna savaşı gedir və Rusiya çox böyük vəsait xərcləyib. Hətta Sovetlər dövründən qalan silahların bir hissəsi bu müharibədə istifadə olunub. Suriya da Rusiyanım marağındadır və bir neçə istiqamətdə də ağır, böhranlı vəziyyət gözlənilir. Həmçinin Rusiya Qərb və NATO ilə savaş halındadır. Rusiyada hərbi zavodlar üçnövbəli rejim ilə işləyir və silah istehsal edirlər. Müharibədə çoxlu silah istifadə olunur və insan itkisi üzv verir. Belə olan halda Rusiyaya silah və şəxsi heyət lazımdır. Bu mənada şimal qonşumuzun hərbi büdcəsinin artırılması gözlənilən idi. Rusiya xaricdən böyük embarqolara məruz qalmasına baxmayaraq bütün gücü ilə savaşda qələbə qazanmaq üçün müxtəlif addımlar atır”.
Избранный
8
sherg.az

1Источники