RU

Tokayev Putinə qazaxca cavabı prosesləri necə dəyişəcək? - "Rusiyanın imperial maraqları ifşa olunmalıdır..."

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiya Prezidenti Vladimir Putinə "Qazaxıstanın demək olar ki, tamamilə rusdilli ölkədir” sözlərindən sonra ana dilində cavab verməsi geniş müzakirəyə səbəb olub. Tokayevin bununla Putinə meydan oxuması birmənalı qarşılanmayıb. 

 

Məsələni Pravda.az-a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli deyib ki, buna qədər də Qazaxıstan rəhbərlərinin bir neçə dəfə Rusiyanın imperial mesajlarına cavabları olub. 

Əziz

“Bir hal yaxşıdır ki, bu, davam etməkdədir. Təəssüf ki, ikinci nüans Rusiyanın öz imperial düşüncəsində, həvəsində, ehtirasında qaldığını göstərir. Tokayevin doğma dilində danışması Qazaxıstanın milli kimliyini Rusiyanın qəbul etməsi həqiqətinin zəruriliyini ortaya qoyur. Qazaxıstanın mədəni irsinin də xüsusi vurğulanması faktın özünə diqqət çəkməsi ilə bağlıdır. Şübhə yoxdur ki, milli kimlik və dil suverenliyi ölkənin öz dilinin olması anlayışını doğurur. Tokayevin çıxışı qazax - Qızıl Ordu milli kimliyi anlayışıdır. Eyni zamanda Rusiyanın təsirinə qarşı nüanslı bir cavabdır. Çünki Qazaxıstan müstəqil ölkədir və dil məsələsində nəinki balansı qoruması, qazax dilinin hegemon olduğu bir ölkənin öz varlığından söhbət açması çox önəmlidir. Məncə, Tokayev bununla həm də daxili ictimaiyyətə, Qazaxıstan əhalisinə və dünya ictimaiyyətinə mesaj vermiş oldu ki, Qazaxıstan özünü bütün hallarda qoruyacaq və bununla Rusiyanın imperial maraqları ifşa olunmalıdır. Düşünürəm, Tokayevin bu addımı nəticəsiz qalmayacaq. Necə ki Ukrayna və Belarus kimi ölkələrdə meydana fərqli nəticələr çıxdı. Bu, MDB-yə aid digər ölkələrdə də ciddi rezident doğura bilər. Suverenlik imtinaolunmazdır və Rusiyanın bu gedişatda qalması normal deyil”, - o bildirib. 

 

Aytəkin Qardaşova

Tarix: 2 Dekabr 2024, 14:24   
Избранный
5
pravda.az

1Источники