RU

Əli Kərimli 1500 manat cərimə ödəyəcək - Məhkəmə qərarı

Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində qaldırılan şikayətlə bağlı 1500 manat cərimə ödənilməsi ilə bağlı qərar qəbul edib. 
 
Bundan əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli  də onun barəsində xüsusi ittihamla qaldırılan cinayət işi ilə bağlı hazırlıq məhkəməsi keçiriləcəyi barədə  öz sosial hesabında yazıb. 
 
Kərimli barəsində AXCP-nin sabiq partiya üzvü Əliyev Aydın Sədədqulu oğlu məhkəməyə müraciət edib. Aydın Əliyev müraciətində Kərimlinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar xüsusi ittiham qaydasında cəzalanmasını istəyib.

Aytac Zeynalova
www.anews.az
Избранный
9
anews.az

1Источники