1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İngiltərə Premyer Liqasının XIII turu çərçivəsində "Enfild"də "Mançester Siti" "Liverpul"a 0:2 hesabı ilə uduzub.
Oxu.Az xəbər verir ki, bu məğlubiyyət "şəhərlilər" üçün çempionatda ardıcıl dördüncü olub. Sonuncu dəfə belə hadisə 2008-ci ilin avqustunda baş verib.
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolaya gəlincə, bu, ispan məşqçinin karyerasında ilk dəfə baş verib.
Qeyd edək ki, "Mançester Siti" hazırda 13 oyundan sonra 23 xalla liqanın turnir cədvəlində 5-ci yerdədir.