RU

Türkiyənin XİN: Suriyadakı hadisələrə heç bir xarici müdaxilə yoxdur

Suriyadakı hadisələrə heç bir xarici müdaxilə yoxdur.

İnterpress.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında bildirib.

“Suriyadakı son hadisələr bir daha göstərir ki, Dəməşq öz xalqı və qanuni müxalifətlə barışmalıdır. İndiki mərhələdə vəziyyəti hər hansı xarici müdaxilə ilə izah etməyə çalışmaq düzgün olmazdı”, – Fidan deyib.

O, problemin həlli yollarını tapmaq üçün yaxın vaxtlarda Astana prosesinin aktivləşdiriləcəyini də qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
22
interpress.az

1Источники