RU

Kiyevə şok təklif: Torpaqlarınızdan imtina edin

Ukraynada müharibənin ərazi itkiləri olmadan tezliklə başa çatması qeyri-realdır və sülhə nail olmaq üçün Kiyev işğal olunan ərazilərdən imtina etməli olacaq.

Ölkə.Az xəbər  verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq deyib. 

“Əgər atəşkəs xətti Rusiyanın bütün işğal olunmuş ərazilərə nəzarəti davam etdirməsi deməkdirsə, bu o demək deyil ki, Ukrayna bu ərazidən həmişəlik imtina etməlidir”, - Stoltenberq bildirib.

O əlavə edib ki, Kiyevin ərazilərinin müvəqqəti verilməsi müqabilində təhlükəsizlik zəmanəti alması vacibdir: "Bu, NATO-ya üzvlük və ukraynalıları silahlandırmaq və dəstəkləmək üçün başqa yollar da ola bilər”.

Prezident Volodimir Zelenski "Sky News"a müsahibəsində bildirib ki, Ukraynanın işğal altında olmayan əraziləri tez bir zamanda NATO-ya qəbul olunarsa, hətta işğal olunmuş ərazilər geri qaytarılmadan belə, Rusiya ilə sülh sazişi imzalamağa hazırdır.

Onun fikrincə, işğal olunmuş ərazilərin geri qaytarılması, diplomatik yollarla da mümkündür.

Mürtəza
Ölkə.Az

Избранный
36
3
olke.az

4Источники