RU

Qızıl almağın zamanıdır, yoxsa..?

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 1,17% azalaraq 2 649,7 ABŞ dollarına bərabər olub. 

Lakin ötən ay bahalaşmaqda olan qızıl 1 unsiya üçün 2800,25 ABŞ dolları səviyyəsinə çatmışdı. Məlumat üçün bildirək ki, qızılın qiyməti Azərbaycanda heç vaxt bu səviyyəyə yüksəlməmişdi. Belə olan halda indiki vəziyyətdə qızıl almağın zamanıdır, yoxsa qızıl ucuzlaşa bilər? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, yaxın aylarda qızılın qiymətində artım müşahidə olunacaq: 

“Qızılın qiymətinin artması geosiyasi gərginlik məsələsidir. Yəni, dünyada geosiyasi gərginlik artdıqca, müharibələr, qarşıdurmalar çoxaldıqca, qızıl güvənli liman rolunu oynayır. Nəticə etibarilə investorlar daha çox qızıla üstünlük verirlər. Qızılın qiymətinin artmasının birinci səbəbi budur”. 

Ekspertin fikrincə, digər səbəb bir çox ölkələrin öz qızıl ehtiyatlarını artırmasıdır: 

“Məsələn, Hindistan, Rusiya, Çin kimi ölkələr, həmçinin mərkəzi banklar qızıla yükləniblər, daha çox qızıl alırlar. Ona görə hələ də yaxın aylarda qızılın qiymətində artım müşahidə oluna bilər. Qızılın indiki qiyməti bir unsiyası üçün 2700 dollar civarındadır. Bu 3000 dolara qədər qalxa bilər”. 

Onn fikrincə, qızılın qiymətinin enməsi dünyadakı geosiyasi gərginliyin azalmasından asılı olacaq: 

“Sonradan qızılın qiyməti bu səviyyələrdə qalacaq, ya qalmayacaq, bu, ABŞ-nin və Trampın apardığı siyasətdən asılı olacaq. Dünyadakı geosiyasi gərginliyin azalması, məsələn, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə müharibələr dayansa, qızılın qiymətində enmələr müşahidə olunacaq”. 

Избранный
33
1
cebheinfo.az

2Источники