RU

Bir gecədə 17 yük maşını yandırıldı

Almaniyanın paytaxtı Berlində, eləcə də Lixtenberq və Martsan rayonlarındakı iki sənaye dayanacağında ötən gecə 17 yük maşını yandırılıb.

Bakıvaxtı.az Almaniya KİV-inə istinadən xəbər verir ki, polis yanğının siyasi motivlərlə törədilə biləcəyini istisna etmir.

Məlumata görə, ilk yanğınlar səhər saat 3 radələrində baş verib. Lixtenberqdə səkkiz yük maşını yanıb, doqquz nəqliyyat vasitəsi isə Lixtenberq və Martsan rayonlarının sərhədində yandırılıb.

Diqqətçəkən məqam odur ki, yük maşınlarının bir qismi beton istehsalı ilə məşğul olan “Cemex” şirkətinin ərazisində yerləşib. Şirkət artıq hücumlara məruz qalıb - bir il əvvəl onun Berlindəki əmlakı, ehtimal ki, yollardan birinin genişləndirilməsində iştirakına görə yandırılıb. Yanğınların söndürülməsinə 100-dən çox yanğınsöndürən cəlb edilib.

Xəsarət alanlar barədə məlumat yoxdur. Polis və yanğınsöndürmə xidmətləri hadisələrin səbəblərinin araşdırır.

Избранный
8
6
bakivaxti.az

7Источники