RU

Müəllimin şagirdi döyməsi iddiasına cavab: "KSQ-nin nəticələri valideyni qane etməyib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"307 saylı orta məktəbin 6e sinfində oxuyan oğlum fizika müəllimi tərəfindən zorakılığa məruz qalıb. Sinif rəhbəri isə onu məktəbdən qovacağı ilə hədələyir".
Bunu Bakupost.az-a şagirdin anası, 346 saylı məktəbdə müəllim işləyən Məlahət Nağıyeva bildirib.
Onun sözlərinə görə, fizika müəllimi Günay Şamilova təbiət fənni dərsi zaman şagirdə fiziki şiddət göstərib:
"Günay Şamilova uşaq dərslə bağlı sual verəndə onun başına bərkdən vurub və: "Yekəbaş, sən niyə bunu bilmirsən?" - deyib. Uşaq deyir ki, əli ilə elə bərk vurdu ki, şappıltısına bütün uşaqlar güldülər".
Valideynin sözlərinə görə, oktyabrın 30-da isə sinif yoldaşı oğlunun boğazından yapışaraq başını lövhəyə çırpıb, daha sonra isə yıxıb və təpikləyib:
"Uşaq dedi, az qala, nəfəsim kəsilmişdi. Sıxmaqdan boğazında cırmaq izləri qalmışdı. Səhəri gün direktorun yanına apardım. Sinif rəhbərinə dedim. Direktor dedi ki, başqa sinfə keçirək, ya da alınmırsa, uşağı məktəbdən çıxarın. Uşağın döyülməsi ilə bağlı heç bir tədbir görmədi.
Sinif rəhbəri Vüsalə Əliyevanın oğlu başda olmaqla yeddi nəfər idman zalının geyim otağında uşağı döyüb. Arxadan uşağın alt geyimini çəkiblər. O da onlardan birini itələyib ki, sən nə edirsən? Sonra yeddi nəfər birləşib onu döyüb.
Sinif rəhbəri isə valideynlərə şikayət yazdırmaq istəyib ki, uşağı məktəbdən çıxartdırsın. Bəzi valideynlər razılaşmayıblar. Deyiblər ki, biz onları tanımırıq, niyə yazaq? Hətta bir valideyn mənə yazdı ki, bizə ərizəni məcbur yazdırdılar. Vüsalə müəllimə uşağa deyib ki, ya səni sinifdən çıxaracağam, ya da özüm çıxacağam".
Məlahət Nağıyeva oğlunun artıq 10 gündür dərsə getmədiyini deyib. Onun sözlərinə görə, tez-tez məktəbdə uşağı aşağılayır, fiziki təzyiq göstərirlər:
"Uşaq psixoloji sarsıntı, stres keçirir. Hər dəfə məktəbə gedəndə eyni şeyləri yaşamaqdan yorulub".
Məsələ ilə bağlı 307 saylı məktəbdən bildirilib ki, döyüldüyü iddia olunan VI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) davranış qaydalarını mütəmadi olaraq pozur, dərs prosesi zamanı aqressiv davranışlar göstərir, eyni zamanda, digər şagirdlərə təzyiq edir:
"Şagirdlə məktəb rəhbərliyi, məktəbin psixoloqu tərəfindən profilaktik söhbət aparılıb, müvafiq tövsiyələr verilib. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək, övladının uyğunsuz davranışı ilə bağlı ona məlumat verilməsinə və xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib.
Müəllimin VI sinif şagirdinə fiziki təzyiq göstərməsi ilə bağlı valideynin iddiaları əsassızdır. Müəllimə qarşı əsassız ittihamı KSQ-də (kiçik summativ qiymətləndirmə - red.) obyektiv qiymətləndirmə nəticələrinin valideyni qane etməməsindən qaynaqlanır".
Избранный
99
36
oxu.az

10Источники