RU

ABB mobile tətbiqi yüksək təhlükəsizliksertifikatı aldı

ABB-nin mobil bank tətbiqi olan ABB mobile Beynəlxalq Standartlaşdırma Təşkilatının (International Organization for Standardization - ISO) ISO:IEC 27001:2022 sertifikatını alıb. “İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi Sertifikatı” adlanan bu sənəd tətbiqin bir çox meyarlar üzrə ətraflı təhlillərindən sonra təqdim olunub.

Sözügedən sertifikat təşkilatlara özlərinin və müştərilərinin məxfi məlumatlarını ən etibarlı şəkildə qoruyaraq idarə etməyə kömək göstərən beynəlxalq çərçivədir. ISO:IEC 27001:2022 ilə şirkətlər risklərini müəyyənləşdirir, onların azaldılması üçün ardıcıl tədbirlər görürlər. Beləliklə, bu sertifikat onu əldə etmiş qurumun işgüzar nüfuzunu, müştərilərin maraqlarını qoruyur.

ABB mobile tətbiqinin ISO:IEC 27001:2022 serfitikatına layiq görülməsi tətbiq istifadəçilərinin məlumatlarının ən yüksək səviyyədə mühafizə olunduğunu göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
6
12
banco.az

10Источники