RU

Kakaonun qiymətləri rekord HƏDDƏ

Pis hava şəraiti səbəbindən kakaonun məhsuldarlığı azalıb və hazırda şokolad sənayesi böhran içindədir.

Redaktor.az-ın məlumatına görə, artıq qiymətlər də rekord səviyyədədir.

Fil Dişi Sahili və Qana kimi istehsalçı ölkələrin fermerləri çətin vəziyyət yaşayırlar. Lakin Sürixdəki elm adamları problemin həlli üçün yeni üsul axtarırlar.

Onların yeni üsuluna görə, artıq yalnız kakao paxlasından deyil, kakaonun qabığından da istifadəni tələb edir. Bu proses istehsalı daha ucuz və dayanıqlı edə bilər, eyni zamanda daha çox məhsuldan istifadə etməklə fermerlərin gəlirlərini də artıra bilər.

Belə şokolad bir qədər fərqli dadır, qurudulmuş meyvə notlarına və daha çox turşuluğa malik olur, lakin teksturasını və görünüşü olduğu kimi qalır. Həmçinin bu üsul daha az kakao içliyi ilə tünd şokolad istehsalına imkan yaradır.

Sevinc İBRAHİMZADƏ

Избранный
8
redaktor.az

1Источники