RU

Dizel mühərrikli maşın sahiblərinin nəzərinə: 5 dəfə artım var

Dövlət Statistika Komitəsinin məlumatına görə, neft məhsullarından dizel yanacağının istehsalı 5,1 dəfə, sürtgü yağları istehsalı 13,3 faiz, neft bitumu istehsalı 2,7 faiz artıb. Dizel yanacağının istehsalının bu qədər artmasının səbəbi nədir?

KONKRET.az bildirir ki,  məsələ ilə bağlı Bakupost.az -a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dizel yanacağının istehalının artımına səbəb Neftayırma Zavodunda yeni qurğuların işə düşməsidir:

Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq

“Uzun müddət idi ki, təmir gedirdi. İndi artıq iki yeni qurğu işə düşüb. Dizel yanacağının istehsalında yeni qurğuların istehsala başlaması ilə əlaqədar ciddi bir artım var”:

Ekspert qeyd edib ki, digər tərəfdən, dizel yanacağına təkcə Azərbaycanda deyil, region ölkələrində də tələbat artıb:

“Ola bilər ki, Azərbaycanın dizel yanacağı ixrac üçün də nəzərdə tutulub. Artan tələbatı ödəmək üçün ölkə xam neftdənsə, daha çox dizel yanacağı ixracına üstünlük verir. Məsələn, qonşu Gürcüstanda Azərbaycan istehsalı olan dizel yanacağı satılır”.

Ekspert əlavə edib ki, ölkə daxilində də istehlak artıb. İşğaldan azad olunmuş bölgələrdə kənd təsərrüfatı və quruculuq işlərinin aparılması üçün dizel yanacağa böyük tələbat yaranıb:

“Ona görə də istehsalatın yenidənqurulması və artan tələbat fonunda istehsalın 5 dəfə artması heç də təəccüblü deyil”.

Избранный
6
17
konkret.az

10Источники