RU

Ərdoğan monteneqrolu həmkarı ilə regional məsələləri müzakirə edəcək

Monteneqro Prezidenti Yakov Milatoviç Türkiyədə rəsmi səfərdədir.

Missiya.Az Report-a istinadən xəbər verir ki, onu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında rəsmi mərasimlə qarşılayıb.

Daha sonra prezidentlərin təkbətək görüşü olacaq.

Onlar Türkiyə ilə Monteneqro arasında mövcud əlaqələrin yaxşılaşdırılması üçün görüləcək tədbirlərdən danışacaqlar.

Həmçinin, regional və qlobal məsələlər də müzakirə ediləcək.

Избранный
284
1
missiya.az

2Источники