Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti (EU) arasında həyata keçirilən ADAU-EU beynəlxalq ikili diplom proqramı növbəti əhəmiyyətli uğurunu qazanıb.TehsilForumu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaydığı məlumata əsasən, proqramın növbəti 5 il üçün akkreditasiyadan keçməsi məqsədəuyğun hesab edilib. Bu qərar proqramın beynəlxalq standartlara uyğun təşkil olunduğunu və tələbələr üçün keyfiyyətli təhsil imkanları təqdim etdiyini təsdiqləyir.Proqramın akkreditasiyası Azərbaycan Dövlət Aqrar Universitetinin beynəlxalq miqyasda mövqeyini gücləndirməklə yanaşı, tələbələrə həm yerli, həm də xarici əmək bazarlarında rəqabət üstünlüyü qazanmağa kömək edəcək. ADAU tələbələri bu proqram vasitəsilə iki diplom əldə edərək innovativ təhsil və praktiki biliklərə yiyələnmə şansı qazanacaqlar.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта