RU

Azərbaycanla Venesuela arasında siyasi məsləhətləşmələr olub

İki ölkə arasında intensiv siyasi dialoqun mövcudluğu, habelə müxtəlif səfərlər və beynəlxalq tədbirlər çərçivəsində aparılan təmasların məmnunluq doğurduğunu qeyd edən nazir Ceyhun Bayramov, bu kimi müzakirələrin müxtəlif sahələr üzrə konkret planların müəyyən olunması baxımından əhəmiyyətini qeyd edib.

Beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkası çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığımızın məmnunluq doğurduğu, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

2025-ci ildə Azərbaycan və Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağı, bu istiqamətdə birgə təşəbbüs və tədbirlərin həyata keçirilməsi imkanlarının nəzərdən keçirilməsinin faydalı olacağı diqqətə çatdırılıb.

Tatiana Puq Moreno Azərbaycanı ötən ay BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi, sözügedən tədbirin yüksək səviyyədə təşkili münasibətilə təbrik edib, COP29-un yekunlarının iqlim dəyişikliyi ilə mübarizə səylərinə mühüm töhfələrdən biri olduğunu qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir müavini Tatiana Puq Morenonun ölkəmizə səfəri çərçivəsində, həmçinin Azərbaycan Respublikası və Venesuela Bolivar Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti, 2-ci raundu keçirilib.

Məsləhətləşmələr zamanı Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfin nümayəndə heyətinə isə Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti nazirinin müavini Tatiana Puq Moreno rəhbərlik edib.

Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan və Venesuela arasında ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivləri, əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində gələcək planlar, birgə təşəbbüslər, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

"Cebheinfo.az"

Избранный
8
17
cebheinfo.az

10Источники