RU

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"OpenAI" şirkətinin baş direktoru Sem Altman (Sam Altman) bazar günü ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının süni intellekt sektorunu dəstəkləyəcəyinə və bununla da ABŞ və müttəfiqlərinin bu sahədə liderliyini qoruyacağına əmin olduğunu bildirib.  

Valyuta.Az xəbər verir ki, Altman ABŞ-ın mühafizəkar "Fox News" kanalına verdiyi müsahibədə süni intellekt texnologiyasının geniş infrastruktur dəstəyinə ehtiyac duyduğunu və Trampın bunu təmin etməkdə uğurlu olacağına inandığını qeyd edib.  

"Biz bunu burada qurmalıyıq və texnologiya ilə liderlik edə bilmək üçün dünyanın ən yaxşı süni intellekt infrastrukturuna sahib olmalıyıq," - deyə Altman vurğulayıb.  

O əlavə edib: "Yeni seçilmiş prezident Trampın bu məsələdə çox uğurlu olacağını düşünürəm."  

Altman bu sözləri ABŞ-ın süni intellekt sahəsində Çinlə rəqabəti barədə verilən suala cavab olaraq deyib və əlavə edib: "Biz çox inanırıq ki, ABŞ və müttəfiqlərimiz bu sahədə liderlik etməlidirlər."  

Altmanın sözlərinə görə, süni intellekt texnologiyasının tələb etdiyi infrastruktur geniş elektrik enerjisi mənbələri, böyük məlumat mərkəzləri, qabaqcıl yarımkeçiricilər və kompüter çiplərinə çıxış kimi texnoloji dəstəkləri əhatə edir.  

Altman həmçinin bildirib ki, ABŞ Konqresi süni intellektin istifadəsinə dair təhlükəsizlik tədbirlərini təmin edən qanun qəbul etməlidir.  

"Məncə, bəli. Nə vaxt, hansı formada olmalı olduğunu bilmirəm. Bu məsələnin nə vaxt baş verəcəyini dəqiq deyə bilmərəm," - deyə Altman əlavə edib.  

"Bu, cəmiyyətin sualı olmalıdır. Yəni, yalnız "OpenAI" öz qərarı ilə "ChatGPT" və ya ümumilikdə texnologiyanın necə istifadə olunub-olunmayacağını müəyyən etməməlidir."  

Son illərdə "OpenAI" süni intellekt sahəsində sürətlə böyüyərək bu sahənin qabaqcıl oyunçularından birinə çevrilib.

Rəhim

Избранный
37
50
valyuta.az

10Источники