RU

General qadının üzərindən 40 minlik “Rolex” saatı aşkarladı

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Anar Cahangirovun şəxsi yoxlama apardığı qadının üzərində 40 min manatlıq qol saatı aşkarlanıb.  Qaynarinfo-nun məlumatına görə, Z.A. adlı qadın İstanbuldan təyyərə ilə gələrkən Bakıda hava limanında saxlanılıb. Onun saxlanmasına səbəb üzərindən bazar dəyəri 38950 manat olan “Rolex” markalı qol saatın aşkarlanması olub.

Baş İdarə rəisi Anar Cahangirov Z.A. adlı qadının iştirakı ilə sözügedən saat üzərində yoxlama aparıb.  Məlum olub ki, qadının üzərində iki kişi qol saatı olub. Onlardan birinin – “Rolex Sky Dweller Oyster Perpetual Superlatvie Chronometr Officially Certified” markalı qol saatının qiyməti 38800  manat, digərinin – “Rolex Oyster Perpetual Datejust Superlatvie Chronometr Officially Certified” markalı qol saatının dəyəri isə 150 manatdır. İki saatın ümumi dəyəri 38950 manatdır.

Z.A. qiyməti 38800 manat olan qol saatını sol qolunda, eyni adda çin istehsalı olan saatı isə çantasında Bakıya gətirib. Hər iki saatı gömrükdə bəyan etməyib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 448 və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta protokolu tərtib edilib, iş baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə isə Z.A. barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız və qanunsuz olduğunu qeyd edib. O, iddia edib ki, həmin qol saatı ilə 3 dəfə Bakıya gəlib və İstanbula qayıdıb.

“Müvəqqəti yaşayış icazəsi əsasında Türkiyə Respublikasının İstanbul şəhərində yaşayıram. Eyni zamanda oğlum hazırda Türkiyənin Bursa şəhərində təhsil alır. Qızım isə Azərbaycanda yaşayır və məktəbdə oxuyur” deyən qadın İstanbul şəhərində yaşasa da, anasının səhhəti ilə əlaqədar tez-tez Bakıya gəlib-getməli olduğunu bildirib.

Məhkəmənin qərarı ilə Z.A. 15580 manat cərimə edilib.

Избранный
35
8
tribunainfo.az

9Источники