RU

Ceyhun Bayramov Gürcüstanın yeni təyin olunmuş xarici işlər nazirini təbrik etdi

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın yenitəyin edilmiş xarici işlər naziri Maka Botçorişvili arasındatelefon danışığı baş tutub.

Trend xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyi məlumatyayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov Gürcüstanın yeni qurulmuşhökumətində xarici işlər naziri təyin edilməsi münasibətiləhəmkarını təbrik edib və ona bu şərəfli vəzifəsində uğurlararzulayıb.

Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıqmünasibətlərinin cari vəziyyətini və gələcəkdə bu əlaqələrin dahada inkişafı istiqamətində mövcud planlar və perspektivləri müzakirəediblər.

Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasidialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələrmexanizmininstrateji tərəfdaşlıq münasibətlərinin daha dagücləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Nazirlər, həmçinin, regional məsələləri və beynəlxalqtəşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətləri ətrafında fikirmübadiləsi aparıblar.

Избранный
19
20
az.trend.az

10Источники