Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon Şöbəsinin baş zabiti mayor Namiq Orucov qəfil vəfat edib.
Hurriyyet.az qafqazinfo-ya istinadən xəbər verir ki, hərbçi şənbə günü ürəktutmadan dünyasını dəyişib.
Bildirilib ki, həmin gün N.Orucov şəhidlərlə bağlı tədbirdə iştirak edib. Bir neçə saat sonra o, ürəktutmadan vəfat edib.