Türkiyədə milyonlarla vətəndaşın üz tutduğu məkanlardan biri olan ticarət mərkəzləri ilə bağlı iddia səs-küyə səbəb olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ticarət mərkəzlərinə daxil olmaq üçün adambaşından 1 TL alınacağı və bu gəlirin ticarət mərkəzlərinin xərclərini qarşılayacağı bildirilir.
Məsələ qısa zamanda, xüsusən də sosial mediada böyük əks-səda yaratsa da, bəzi media orqanlarında dərc olunan xəbərlə bağlı hələ də rəsmi qurumlar heç bir açıqlama verməyib.