Amerika administrasiyası Ukraynaya yardım paketi ayıracaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumata görə, ABŞ Ukraynaya piyada əleyhinə minalar da daxil olmaqla 725 milyon dollar dəyərində daha bir silah paketi göndərməyə hazırlaşır.
Bildirilib ki, hərbi yardım paketinə həmçinin dron əleyhinə sistemlər və HIMARS çoxsaylı buraxılış raket sistemləri üçün sursatlar daxil olacaq.