RU

İnternet, rəqəmsal televiziya və telefoniya xidmətləri göstərən şirkət cərimələndi

İnternet, rəqəmsal televiziya və telefoniya xidmətləri göstərən "Boss Group" MMC cərimələnib.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı qərar Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

 

Xatırlatma: Protokol Audiovizual Şura tərəfindən İnzibati Xətalar Məcəlləsinin 381.11-ci (Audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Qeyd: MMC-nin qanuni təmsilçisi Dünya Rafiq qızı Dursunovadır. Şirkətin dövlətə 35 200 AZN borcu var.

 

Xəyal Quliyev

Tarix: 2 Dekabr 2024, 20:41   
Избранный
36
pravda.az

1Источники