Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın yeni təyin edilmiş xarici işlər naziri Maka Botçorişvili arasında telefon danışığı baş tutub.
Referans.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
C.Bayramov Gürcüstanın yeni qurulmuş hökumətində xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarını təbrik edib və ona bu şərəfli vəzifəsində uğurlar arzulayıb.
Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və gələcəkdə bu əlaqələrin daha da inkişafı istiqamətində mövcud planlar və perspektivləri müzakirə ediblər. Ölkələr arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizmininstrateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.
Nazirlər, həmçinin regional məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, dekabrın 2-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın keçmiş xarici işlər naziri İlya Darçiaşvili arasında da telefon danışığı olub. C. Bayramov İ.Darçiaşvilinin Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə iki ölkənin yüksək səviyyəli və qarşılıqlı faydalı əməkdaşlığının daha da möhkəmləndirilməsi və beynəlxalq müstəvidə əməkdaşlığın genişləndirilməsi naminə birgə səyləri məmnunluqla vurğulayıb və qarşı tərəfə təşəkkürünü ifadə edib. Nazir C. Bayramov İ.Darçiaşviliyə uğurlar arzulayıb.
Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələrinin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq münasibətlərinin birləşdirdiyi vurğulanıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта