RU

Suriya ordusu 400-dən çox terrorçunu məhv etdi

Suriya ordusu 400-dən çox terrorçunun məhv edildiyini bildirir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriya Ordusunun Ali Komandanlığı bildirib.

Son bir neçə saat ərzində Suriya ordusu Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə xarici muzdlular da daxil olmaqla 400-dən çox terrorçunu məhv edib.

"Son saatlar ərzində qoşunlarımızın dost Rusiya qüvvələri ilə birgə həyata keçirdiyi dəqiq zərbələr nəticəsində əcnəbilər də daxil olmaqla 400-dən çox terrorçu məhv edilib", - məlumatda deyilir.

Bundan əvvəl Suriya Müdafiə Nazirliyi Hələb və İdlib əyalətlərində hökumət qüvvələri ilə terrorçular arasında döyüşlərin başladığını elan edib. "Həyat Təhrir əş-Şam"  terror təşkilatına məxsus qruplaşmalar gərginliyin azaldılması sazişini pozaraq, əhalinin məskunlaşdığı ərazilərə və hərbi obyektlərə hücum ediblər. Suriya ordusunun cavab tədbirləri nəticəsində terrorçular xeyli itki verib.

Nərmin
Milli.Az

Избранный
74
43
milli.az

10Источники