RU

Bakıda yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən APA-ya verilən xəbərə görə, 02.12.2024-cü il tarixində saat 20:50 radələrində Heydər Əliyev prospekti ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 77 yaşlı şəxsə (kişi cinsli) ilkin tibbi xidmət göstərilib.

O beyin-qan dövranının pozğunluğu diaqnozu ilə Nizami Tibb Mərkəzinə təxliyə olunub.

***

21:47

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, idarəetməni itirən "KİA" markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsini dirəyə çırpıb. Qəza zamanı bir nəfər xəsarət alıb.

Xəsarət alan şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda
Избранный
40
8
apa.az

10Источники