RU

"Faizə 2500 manat götürmüşdüm, 3500 qaytarmalı idim" - Sələmə görə törədilən qətlin təfərrüatı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən Elvin Səyavuş oğlu Əsədovun məhkəmə prosesinin növbəti iclası keçirilib.

Ölkə.az "Unikal"a istinadən xəbər verir ki, zərərçəkənin hüquqi varisi Suğra Cabbarova Firudin adlı şahidin gətirilməsinin vacib olduğunu qeyd edib. Hakim Kamran Muxtarov şahid Firudinin hərbçi olduğunu əsas gətirərək onun gətirilməsi ilə bağlı hərbi komandanlığa rəsmi məktub göndərəcəyini bildirib.

Sonra bəzi şahidlərin telefonlarının anten məlumatları barədə məlumat verilib. Məlum olub ki, Qaçay adlı şahid hadisə baş verən gün, dekabrın 30-da saat 20:51-dən 22:35-ə kimi Nəsimi rayonu, Cavadxan küçəsində olub, yəni qətlə yetirilən Zamiqin yaşadığı ərazidə. Həmçinin Qaçayın Zamiqlə yaxın olduğu, hətta bir yerdə iş gördüyü də məlum olub. Belə ki, Qaçay faizə pul götürmək istəyən hərbçiləri Zamiqin yanına gətirib və faizdən xeyrini götürüb.

Müdafiə tərəfi öz vəsatətini elan edib - təqsirləndirilən şəxsin adına olan bank kartlarının məlumatlarını çıxarmaq. Bilinsin ki, Elvin Zamiqə nə qədər kart vasitəsilə pul göndərib, Zamiq Elvinə nə qədər pul göndərib.

Təqsirləndirilən şəxs Elvin də Zamiqin bank kartına pul göndərdiyini etiraf edib: "Mən ondan 2500 manat faiz götürmüşdüm, üstü ilə 3500 manat verməli idim".

Məhkəmə prosesi dekabrın 23-nə kimi təxirə salındı.

Xatırladaq ki, hadisə ötən il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Baş vermiş qətl hadisəsi ilə bağlı Nəsimi Rayon Prokurorluğu məlumat yayıb.

Aparılmış istintaqla müəyyən edilib ki, Elvin Əsədov tanışı Zamiq Cabbarova olan 2500 manat faiz pul borcunu ödəməkdən yayınmaq və qisas almaq məqsədilə Nəsimi rayonunun Cavadxan küçəsi ərazisində sonuncuya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elvin Əsədova Cinayət Məcəlləsinin tamah məqsədilə qəsdən adam öldürmə maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Избранный
20
3
olke.az

7Источники