Türkiyə Superliqasının 14-cü tura yekun vurulub.
İdman.biz xəbər verir ki, son oyunlar İstanbul klublarının iştirakı ilə keçirilib.
"Fənərbaxça" dünən "Qalatasaray"ın xal itirməsindən istifadə edib. Joze Mourinyonun komandası öz meydanında "Qaziantep"i məğlub edib. Oyun 3:1 hesabı ilə yekunlaşıb. Liderlə aradakı xal fərqi 3-ə enib.
"Beşiktaş"ın uğursuz çıxışı davam edir. Komandanın qələbəsiz oyunlar seriyası 5-ə yüksəlib. "Ağ-qaralar" bu dəfə "Hatayspor"la bacarmayıblar.
Türkiyə Superliqası
14-cü tur
"Fənərbaxça" - "Qaziantep" - 3:1
"Hatayspor" - "Beşiktaş" - 1:1
İdman.biz