RU

Zelenski ərazi məsələsinin diplomatik həllinin zəruriliyini qəbul edib

Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin itirilmiş əraziləri güc yolu ilə geri qaytarmaq üçün kifayət qədər resursunun olmadığını etiraf edib və bu məsələnin diplomatik həllinə ehtiyac olduğunu qeyd edib.

NOCOMMENT.az xəbər verir ki, bunu Vladimir Zelenski Kyodo-ya müsahibəsində bildirib.

“Ordumuzun buna gücü çatmır. Bu doğrudur. Biz, həqiqətən də, diplomatik həll yolu axtarmalı olacağıq”, – deyə o vurğulayıb.

Eyni zamanda, Zelenski əlavə edib ki, bu cür addımlar “yalnız Ukraynanın kifayət qədər güclü olduğunu bildikdə” hesab edilə bilər.

Bununla bağlı o, Ukraynanın NATO-ya üzv olmasının vacibliyini bir daha xatırladıb.

Избранный
8
1
nocomment.az

2Источники