RU

Daha bir dəhşətli virus: Bir ayda bütün Avropaya, Kanadaya yayıldı

Böyük Britaniyada yeni mutant virus aşkarlanıb.

Musavat.com xarici mediaya istindən xəbər verir ki, bu barədə Britaniya virusoloqları məlumat veriblər.

Cəmi bir ay ərzində bu virus bütün Avropaya və artıq Kanadaya da yayılıb. Alyaska üzərindən Rusiyaya də keçmə ehtimalı yüksəkdir.

Xəstəlik Ib Mpox1 adlanır. Əvvəllər “meymun çiçəyi” olaraq tanınan virus, Konqoda mutasiya edərək Avropa İttifaqına yayılıb. Alimlərin sözlərinə görə, virusun yayılma sürəti bu növ üçün qeyri-adi dərəcədə yüksəkdir. Yayılma marşrutuna əsasən, virusun Kanadadan keçərək Rusiyaya çatması ehtimal edilir.

Ib Mpox1 virusuna yoluxanların sayı hələ dəqiqləşdirilməyib. İngilis virusoloqların məlumatına görə, yoluxma hallarının sayı rekord həddə çata bilər. Simptomlar bunlardır: səpgilər, qızdırma, boğaz ağrısı, baş, əzələ və bel ağrıları, ümumi halsızlıq və limfa düyünlərinin şişməsi.

 

Afaq,
Musavat.com

Избранный
25
musavat.com

1Источники