Xəbər verdiyimiz kimi ''Beşiktaş''da Covanni van Bronkhorst dönəmi rəsmən başa çatdı.
İyunun 14-də baş məşqçi vəzifəsinə gətirilən və ''2+1'' illik müqaviləyə imza atan təcrübəli niderlandlı mütəxəssisin dönəmi cəmi 168 gün çəkdi. ''Beşiktaş'' bu müddətdə 12-si superliqa, 7-si avrokubok, 1-i Türkiyə superkuboku olmaqla keçirdiyi 20 rəsmi qarşılaşmadan 10 qələbə, 4 heç-heçə, 6 məğlubiyyətlə ayrılmış oldu. Bu arada tərəflər arasında təzminat məsələsində heç bir anlaşma əldə olunmadı. Van Bronkhorstun maaşı illik 1,4 milyon avro idi. Türkiyə mətbuatının yazdığına inansaq, ona köməkçiləri ilə birlikdə ümumilikdə 3 milyon avro təzminat ödəniləcək.
Artıq bütün diqqətlər Sərgən Yalçına yönəlib. Çünki həm yeni rəhbərlik, həm də fanatların fikrincə, komandanı bu vəziyyətdən yalnız Yalçın çıxara bilər. Camiədə hər kəs dekabrın 7-də ''Fənərbaxça'' ilə derbiyə komandanın məhz Sərgənin başçılığı altında çıxmasını istəyir.
Qeyri-adi bir şey baş verməsə, çərşənbə axşamı 52 yaşlı məşqçinin təyinatı rəsmən açıqlanacaq. Müqavilənin 2026-ya qədər olacağı gözlənilir. Sərgənə də Van Bronkhorst kimi illik 1,4 milyon avro maaş ödəniləcək.
Xatırladaq ki, ''Beşiktaş''la 2020/21-də çempion olan, ötən mövsüm ''Antalyaspor''u çalışdıran Sərgən bu mövsüm şərhçi kimi fəaliyyət göstərirdi.
ƏLİ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта