RU

“Özümdə güc hiss etməsəm, futbolu aldatmayacam - Nə vaxt bezsəm, onda bitirəcəm”

Bu yay "Qarabağ"dan ayrılaraq azad agent qismində Moskva "Dinamo"suna qoşulan rusiyalı qapıçı Andrey Lunyov karyerasını bitirmək ehtimalından danışıb.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı qolkiperin dediklərini "sport24.ru" saytı belə çatdırıb:

"Hərə karyerasını bitirmək barədə fərqli düşünür. Şəxsən mənim üçün sağlamlıq vacibdir.

Özümdə güc hiss etməsəm, futbolu aldatmayacam. Mənim üçün yaş məhdudiyyəti yoxdur. Nə vaxt bezsəm, onda bitirəcəm.

İqor Akinfeyevinki kimi Bu uzun karyera istəyərdimmi? Hə. Niyə də yox?"

Lunyovun "Dinamo" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Избранный
54
sportinfo.az

1Источники