Gürcüstanın Çexiyadakı səfiri Tea Maisuradze istefa verib.
Teleqraf.com xəbər verir ki, diplomat bu barədə sosial şəbəkə hesablarında bildirib.
Rəsmi istefa ərzisəsini təqdim etdiyini yazan T.Maisuradze Gürcüstanın Avropa gələcəyinə sadiqliyini vurğulayıb.
Qeyd edək ki, Gürcüstan hökumətinin Avropa İttifaqı ilə danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyi barədə qərarından sonra ölkənin Bolqarıstan, İtaliya, Niderland, ABŞ-dakı səfirləri vəzifələrini tərk ediblər.
Müəllif: Cəmilə Babayeva