RU

SON DƏQİQƏ! Xəyyam Əhmədli vəfat etdi

Uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli dünyasını dəyişib. Manset.az xəbər verir ki, bu barədə Bakues.az-a məlumat daxil olub. Qeyd edək ki, Xəyyam Əhmədli 1980-ci ildə Bakının Xətai rayonunda, Əhmədli yaşayış massivində doğulub. O, “Məmləkətim” və ya ikinci adı ilə “Hələ oğlun salamatdır” adlı mahnısı ilə məşhurlaşıb. 2023-cü ildə insult keçirən meyxanaçıda ağır ürək problemi yaranmışdı. Bu səbəbdən onun bədəninə su yığılırdı.Uzun müddət müalicə almasına baxmayaraq, ağır vəziyyətdə olan meyxanaçı sağlamlığına qovuşa bilmədi.

Xatırladaq ki, meyxanaçının sağalması üçün ona qiyməti 130 min dollar olan aparat lazım idi. Pul yığmaq üçün həmkarları onun üçün aksiya edirdilər. Artıq lazım olan məbləğin 40 mini yığılmışdı.

Избранный
2007
5
manset.az

10Источники