"Türkiyə Azərbaycanla birlikdə güclü addımlar atacağına inanır".
Teleqraf.com “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin ekologiya, şəhər və iqlim naziri Murat Kurum Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda keçirilmiş COP16 çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşündə deyib.
O, keçən ay uğurlu ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edib: “COP16 və COP29-da qəbul olunmuş qərarların tətbiqi istiqamətində birgə çalışaraq yaxşı gələcək üçün güclü addımlar atacağımıza inanıram”.
Xatırladaq ki, daha əvvəl Səudiyyənin paytaxtında BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyasının (COP16) işə başladığı bildirilmişdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта