Türkiyə Azərbaycanla birlikdə güclü addımlar atacağına inanır.BUTA.TV xəbər verir ki, bunu Türkiyənin ekologiya, şəhər və iqlim naziri Murad Kurum Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda keçirilmiş COP16 çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşündə deyib. O, keçən ay uğurlu ev sahibliyi münasibətilə Azərbaycanı təbrik edib: “COP16 və COP29-da qəbul olunmuş qərarların tətbiqi istiqamətində birgə çalışaraq yaxşı gələcək üçün güclü addımlar atacağımıza inanıram”. Xatırladaq ki, daha əvvəl Səudiyyənin paytaxtında BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının Tərəflər Konfransının 16-cı sessiyasının (COP16) işə başladığı bildirilmişdi.