RU

Arvadını dənizdə öldürdü, sığorta pulunu fahişələrə xərclədi - amma sonunda...

Çində bir kişi, həyat yoldaşını dənizə itələyərək öldürdüyü və sığorta ödənişlərini fahişələrə xərcləməyi planlaşdırdığı üçün ölüm cəzasına məhkum edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hadisə 2021-ci ilin may ayında baş verib. O zaman xanım Li bərə səyahəti zamanı dənizə düşüb və 45 dəqiqəlik axtarışdan sonra onun cəsədi tapılıb.

Əvvəlcə əri hadisənin təsadüf olduğunu iddia etsə də, polis şübhələnib. Çünki qadının suya düşdüyü yer, 200-dən çox kameradan ibarət müşahidə sisteminin kor nöqtəsində yerləşirdi. Bundan əlavə, məhkəmə-tibbi ekspertlər qadının üzündə qançırlar aşkar ediblər.

Araşdırmalar nəticəsində məlum olub ki, kişi evləndikdən iki ay sonra arvadı üçün dörd sığorta müqaviləsi bağlayıb və özünü yeganə benefisiar kimi göstərib. O, 1,6 milyon dollar məbləğində sığorta ödənişi alaraq borclarını ödəməyi və fahişələrin xidmətlərindən istifadə etməyi planlaşdırıb.

Mətbuatın məlumatına görə, məhkəmə hökmü keçən ilin dekabrında çıxarılsa da, cəzanın icra edilib-edilmədiyi hələ də məlum deyil.

 

Musavat.com

Избранный
1
15
musavat.com

10Источники