RU

Cənubi Kiprin sahilində zəlzələ olub

Aralıq dənizinin şərqində yerləşən Kipr Respublikasının cənub sahilində 4 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutu bildirib.

Məlumata görə, yeraltı təkanların ocağı 5,4 km dərinlikdə yerləşib. Zəlzələ yerli vaxtla 00:23-də (Bakı vaxtı ilə 01:23) qeydə alınıb.

Xatırladaq ki, daha əvvəl Xəzər dənizində 3,6 maqnitudalı zəlzələ baş vermişdi.

Избранный
6
4
report.az

5Источники