RU

Ərdoğandan Suriyada baş verənlərə - Reaksiya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada üsyançılarının ölkənin ikinci şəhəri Hələbə hücumuna ilk dəfə reaksiya verib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Ankarada Monteneqro lideri Yakov Milatoviçlə birgə keçirdiyi mətbuat konfransında danışıb.

Türkiyə liderinin sözlərinə görə, Suriyadakı hadisələri çox diqqətlə izləyirlər.

“Biz Suriya böhranının ölkənin ərazi bütövlüyü, milli birliyinin qorunması və xalqın tələbləri əsasında həll olunacağına ümid edirik”, - deyə Ərdoğan bildirib.

Siyasətçi vurğulayıb ki, Ankaranın prioriteti Türkiyənin özünün milli təhlükəsizliyidir: “Biz hadisələrin arzuolunmaz gedişinin qarşısını almaq üçün bütün lazımi addımları atırıq”.

Избранный
39
1
qafqazinfo.az

2Источники