RU

"Qarabağ"ın rəqibi səfərdə darmadağınla qazandı

Rumıniya çempionatında 17-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son matçında Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan FCSB səfərdə “Otelul”la üz-üzə gəlib. 

Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində FCSB xallarının sayını 30-a çatdıraraq turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Buxarest təmsilçisi lider ÇFR-dən cəmi 1 xal geri qalır.

Qeyd edək ki, FCSB “Qarabağ”la Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda, gələn il yanvarın 23-də Bakıda qarşılaşacaq.

Избранный
19
fanat.az

1Источники