Türkiyə millisinin və “Əl-Əhli"nin futbolçusu Merih Demiral rəsmi Tiktok hesabında paylaşdığı video ilə diqqət çəkib.
QOL.az xəbər verir ki, 26 yaşlı müdafiəçi “Yuventus”da çıxış edərkən komanda yoldaşları ilə çəkdirdiyi fotosu iləyiciləri ilə bölüşüb.
Maraqlısı budur ki, Merih həmin fotonun üzərinə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun səsini montaj edib.
Kriştiano Ronaldonun da yer aldığı fotonun üzərinə yerləşdirilən səsdə Qurban Qurbanovun “Bir onu deyə bilərəm ki, biz heç kimdən qorxmuruq, çəkinmirik” sözləri deyilir.