RU

YAP bələdiyyə seçkiləri kampaniyasına start verdi

Dekabrın 2-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov demokratik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanın daha bir mühüm ictimai-siyasi proses ərəfəsində olduğunu qeyd edib. “Xalqın etimadını layiqincə doğruldan YAP növbəti bələdiyyə seçkilərinə də yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatılır”, - deyən Tahir Budaqov bələdiyyə seçkilərinin keçiriləcəyi 118 seçki dairəsinin hər biri üzrə YAP-ın öz namizədlərini irəli sürəcəyini diqqətə çatdırıb.

İclasda ilk olaraq bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı müzakirə edilərək təsdiq olunub. Sonra Yeni Azərbaycan Partiyasının 19 nəfərdən ibarət Mərkəzi Seçki Qərargahının yaradılması haqqında qərar qəbul olunub. İdarə Heyətinin qərarı ilə partiyanın səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi, həmçinin səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslər təyin edilib.

İclasda çıxış edən YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri – Arif Rəhimzadə, Hikmət Məmmədov, Mübariz Qurbanlı və Aynur Sofiyeva seçki kampaniyasının uğurla həyata keçirilməsi üçün qarşıda duran vəzifələrdən danışıblar.

XQ

Избранный
12
14
xalqqazeti.az

10Источники