RU

Kiyevə gələn Şoltsun əlindəki çamadan gündəm oldu: İçində nə varmış? - FOTO

Almaniya kansleri Olaf Şoltsun böyük metal çamadanla Kiyevə gəlməsi diqqət çəkib.
 
Moderator.az xəbər verir ki, onun əlindəki çamadan həm Ukraynada, həm də Almaniyada marağa səbəb olub. Bu barədə Almaniyanın “Spiegel” qəzet yazıb.
 
Sosial şəbəkələrdə çoxları bu çamadanda nə ola biləcəyi ilə maraqlanıb: pul və ya bir növ gizli silah.
 
Nəşr qeyd edir ki, Olaf Şolts Kiyevə adi dəri çanta əvəzinə iri çamadanla gəlib.
 
Nəşrin aydınlaşdırdığı kimi, Şolts Vladimir Zelenski ilə birgə konfrans zamanı jurnalistin qeyri-adi baqajı ilə bağlı sualını cavablandırıb. Almaniya kansleri bildirib ki, metal çamadanda insanların adətən yolda özləri ilə apardıqları əşyalar - səyahət aksesuarları və alt paltarları var.
 
Xatırladaq ki, Şolts Ukraynaya səfəri zamanı Kiyevə 650 milyon avro dəyərində daha bir yardım paketi vəd etmişdi.(Publika.az)
 
Избранный
2
1
moderator.az

10Источники