RU

Səudiyyə Ərəbistanı Rusiyanı Asiya neft bazarından sıxışdırır

Asiya ölkələri Səudiyyə Ərəbistanından neft alışını artırır, Rusiyadan isə azaldır...

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın “The Moscow Times” nəşri yazır. Bu rəqabət regionda neftə tələbatın ümumi azalması fonunda baş verir və nəşr qeyd edir ki, gələn il tədarükçülər arasında rəqabət daha da şiddətlənə bilər.

Qəzet yazır ki, Səudiyyə Ərəbistanının Asiya ölkələrinə neft tədarükünün həcmi ənənəvi olaraq Rusiya neftini üstələyir. Amma son üç ayda fərqdə artım müşahidə olunub ki, bu da noyabrda xüsusilə nəzərə çarpıb.

“LSEG Oil Research” araşdırma şirkətinin məlumatına görə, Səudiyyə neftinin orta gündəlik idxalı oktyabrda 5,28 milyondan 5,83 milyon barrelə yüksəlib. Rusiya nefti isə 3,96 milyondan 3,51 milyon barelə düşüb və bu isə yanvar ayından bəri ən aşağı səviyyədir.

Beləliklə, aylıq tədarüklərdə fərq 2,32 milyon barel təşkil edib və 2024-cü ildən əvvəl belə hal müşahidə olunmayıb.

Reuters Agentliyinin yazdığına görə isə Rusiya nefti üçün valyuta əldə etmək mahiyyət etibarı problemlidir. Səudiyyə Ərəbistanı isə daha müxtəlif müştəri bazasına malikdir. Eyni zamanda, hər iki əsas alıcı Yaxın Şərq neftini Rusiyadan üstün tutur.

Çin Rusiyadan neft alışını 2,19 milyondan 2,04 milyona, Hindistan isə 1,75 milyondan 1,47 milyona endirib. Eyni zamanda, Çin Səudiyyə Ərəbistanı neftinin idxalını 1,62 milyondan 1,68 milyona, Hindistan isə 610 mindən 770 minə yüksəldib.

Yenidən bölüşdürülmə Rusiyanın kölgə donanmasının tankerlərinə qarşı Qərbin sanksiyalarının sərtləşdirilməsi fonunda baş verir. Keçən həftə Böyük Britaniya 30 gəmini qara siyahıya salıb və bununla da məhdudiyyətlər altında olan tankerlərin sayı 73-ə çatıb. Yəni, bundan sonra Rusiyaya neft və neft məhsullarını çatdırmaq üçün gəmi tapmaq daha çətin olacaq.

Bundan əlavə, gələn il müştərilər arasında rəqabət güclənə bilər. 2024-cü ildə Asiyada neft istehlakı Beynəlxalq Enerji Agentliyinin və OPEC-in artım proqnozlarına baxmayaraq, (kartel iyul ayından etibarən hər ay təxminlərini aşağı salır) istehlak bir il əvvəlkindən daha az olacaq. Bu ilin 11 ayında idxal sutkada 25,52 milyon barel təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 370 min barel azdır.

Azalmanın əsas səbəbi iqtisadiyyatı yavaşlayan, daşınmaz əmlak bazarının, onu dəstəkləyən tikinti sənayesi ilə birlikdə neft və neft-kimya məhsullarının böyük istehlakçısı olan Çində tələbin azalmasıdır. Eyni zamanda, Çində yük maşınları qaza keçir, elektromobillərin istehsalı və günəş enerjisi istehsalı sürətlə artır.

Poliqon.info

Избранный
5
1
poliqon.info

5Источники