Noyabrın 27-də Suriyada Bəşər Əsəd rejiminə qarşı sürətli əməliyyata başlayan müxaif sialhlı qruplaşmalar qısa zamanda Hələb və İdlibi ələ keçirib, Həma vilayətində isə daha 16 yaşayış məntəqəsinə daxil olublar. Bəzi mənbələr isə iddia edir ki, Bəşər Əsədə bağlı Suriya ordusu müxaliflərə dirənmədən qaçır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Bəşər Əsədə bağlı ordusunun qərargah rəisi general Əbdülkərim Mahmud İbrahim isə iddiaları təkzib edib.
General burada çıxış edərək deyib ki, "Heyət Təhrir Şam"ın (HTŞ) rəhbərlik etdiyi silahlı qruplara layiqli cavab veriləcək:
"Bizim guya geri çəkildiyimizi iddia edənlər var. Əksinə, biz burdayıq və qısa zamanda ölkəmizi terrorçulardan təmizləyəcəyik. Burda bizim torpağımızdır, bizim şərəf və ləyaqətimizdir. Bununla belə, kim muzdludur və ya qanundan kənar hərəkət edib, atəş açmağa cəhd edirsə, yerindəcə tədbir görüləcək. Suriya ərəb ordusu olaraq 14 ildir ki, biz terrorçulara müqavimət göstəririk. Biz ordu olaraq beləyik, hərbi, ictimai və mənəvi tərbiyəmiz budur”.
General qeyd edib ki, silahlı qrupun irəliləyişi dayandırılıb: "Onlar indi Həmaya qərb istiqamətindən hücum etəyə çalışıır. ancaq burada bizikm güclü müdafiə xəttimiz var. Üstəlik, hava hakimiyyətimizlə onlara böyük zərbələr vurmaqdayıq..."
Suriyada müxalifəti isə yeni hədəfin ölkənin 4-cü böyük şəhəri Həma olduğunu gizlətməyib:
"Bu şəhəri də Əsəd rejiminin dəstəkçilərindən təmizləyəcəyik. Artıq şəhərin 16 ətraf kəndi bizim nəzarətimiz altına keçib".
Xatırladaq ki, dünən müxalifət Bəşər Əsədə yalnız bir şərtlə dayana biləcəklərinin mesajını verib: "Bəşər Əsəd danışıqlar masasının axasına keçənə qədər davam edəcəyik".
Firidin Səfərli
MİA.AZ