RU

SON DƏQİQƏ - Suriyada müharibənin mərkəzi Hələbdən Həmaya keçir

İdlib və Hələbə böyük ölçüdə nəzarəti ələ keçirən Suriya müxalifət qüvvələri Suriyanın dördüncü böyük şəhəri olan Həmanın mərkəzinə doğru hücuma keçib.

Turkustan.az xəbər verir ki, Həmanın şimalında Tel Melih və El-Kabin kimi bəzi qəsəbələri ələ keçirən müxalifət mərkəzə doğru irəliləməyə çalışır.

2020-ci ildən sonra İdlibə çəkilən HTŞ və bəzi digər müxalif qruplar keçən həftə ani hücumla Suriyanın ikinci böyük şəhəri Hələbi ələ keçirdilər. Müxalifət daha sonra İdlibin cənubundakı Saraqib və Hələbin cənubundakı Xan Tuman şəhərlərini ələ keçirərək, kritik mövqelərdə nəzarəti ələ keçirib. Suriya prezidenti Bəşər Əsəd ordunu Həmaya geri çəkməli olub.

Suriya Ordusu döyüş hazırlığını Həma şəhərində cəmləyib. Geri çəkilmənin Həmada dayandığını bildirən Suriya Ordusu rəsmiləri, Həmadakı müdafiədən sonra əks hücuma keçiləcəyini bildiriblər. Suriya Ordusu 26-cı Piyada Briqadası və 75-ci Zirehli Alay kimi xüsusi birlikləri Həmaya yerləşdirərək müxalifəti dayandırmağı planlaşdırır.

Suriya Ordusu quru qoşunlarını Həmada cəmləyərkən, Rusiya aviasiyası İdlib və Hələbdəki müxalifləri vurmağa davam edir. Rusiya döyüş təyyarələri İdlib Universitet Xəstəxanasını hədəfə alarkən, Hələbin çöllərini də hədəfə alaraq, müxaliflərin Həmaya daha çox qüvvə köçürməsinin qarşısını almağa çalışırlar.

Kremlin sözçüsü Dmitri Peskov: "Bəşər Əsədi dəstəkləməyə davam edəcəyik, nə edə biləcəyimizi təhlil edirik və bu arada Suriya ilə əlaqəmizi davam etdiririk. Sabitliyi təmin etmək üçün nələrin edilməsi lazım olduğuna dair strategiya müəyyən ediləcək" - dedi.

Aytən Yaşar/ Turkustan.az

Избранный
17
turkustan.az

1Источники