RU

Şolts çamadanının içindəkiləri açıqlamağa məcbur oldu

Almaniya kansleri Olaf Şoltsun Kiyevə səfəri zamanı əlindəki gümüş çamadan Qərb sosial şəbəkələrində ayrıca söhbət mövzusuna çevrilib. Bəziləri zarafatla siyasətçinin çamadanında kofe və sendviçlər olan termos gəzdirdiyini iddia edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bəzi iddialara görə, Almaniya kansleri əvvəllər Ukraynaya ayrılmış 650 milyon avronu çamadanında şəxsən gətirə bilər.

Bunun fonunda Şolts Kiyevə səfər edərkən çamadanında nə olduğunu etiraf etməli oldu.

Kansler jurnalistin çamadanla bağlı sualını "Əsasən, səyahət aksesuarları, kətan və digər zəruri şeylərdən özümlə daşıyıram", - deyə cavablandırıb. 

Xatırladaq ki, Şolts dekabrın 2-də Voldodimir Zelenski ilə danışıqlar aparmaq üçün Ukraynaya səfər edib.   

Gülayə Mecid

Избранный
9
50
unikal.az

10Источники