RU

Şolts gümüşü çamadanda Kiyevə nə gətirib?

Olaf Şoltsun Kiyevə səfəri zamanı diqqət çəkən gümüşü çamadanda kanslerin alt paltarları və əşyaları olub...

Poliqon xəbər verir ki, bu barədə Lüksemburqun “L’essentiel” qəzetinin məlumatında bildirilir. Qəzet yazır ki, Almaniya kansleri Olaf Şolts içində səyahət aksesuarları olan çamadanla Kiyevə gəlib. Siyasətçinin baqajının içindəkilər internetdə aktiv müzakirələrə səbəb olub.

“Söhbət əksər hallarda səyahət aksesuarlarından, alt paltarı və lazım olan bəzi başqa şeylərdən gedir”, deyə Almaniya kansleri nəşrə bildirib.

Qeyd edək ki, iki il yarımdan sonra Kiyevə ilk səfəri zamanı Şolts gümüşü “Rimowa” çamadanını əlində saxlayıb və heç kəsə verməyib. Sosial şəbəkələrdə çamadanının məzmunu ilə bağlı fərziyyələr irəli sürülüb, bəziləri hesab edib ki, çamadanda Ukraynaya hərbi yardımla bağlı sənədlər olub.

Poliqon.info

Избранный
17
poliqon.info

1Источники