Bu gün səhər saat 8 radələrində Abşeron rayonunun Novxanı kəndində fərdi yaşayış binasında partlayış səsi eşidilib. Hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.
Hadisə yerinə 2 təcili tibbi yardım briqadası yola düşüb. Hadisə nəticəsində 2 zərərçəkən (bir kişi və bir qadın) Sumqayıt şəhər Tibb Mərkəzinin təcili tibbi yardım xəstəxanasına yerləşdirilib.
1949-cu il təvəllüdlü zərərçəkmişlərdən biri reanimasiya şöbəsinə yerləşdirilib və ona hər iki aşağı ətrafların və üz nahiyəsinin I, II, III dərəcəli yanıq xəsarətləri, 1959-cu il təvəllüdlü digər zərərçəkmişə isə sol bud sümük sınığı və sol qolun zədələnməsi diaqnozu qoyulub. Onların müalicəsi davam edir, vəziyyətləri ağırdır. Zərərçəkənlərin mərhum şahmatçı Vüqar Həşimovun valideynləri olduğu bildirilir.
Almaz Həsənli