RU

Deputat seçicilərin problemlərini müvafiq icra hakimiyyəti orqanları qarşısında qaldırıb- ÖZƏL

Milli Məclisin deputatı Əli Məsimli Şəki rayonunun Baş Layısqı kəndindəseçicilərlə növbəti görüşünü keçirib. "Olaylar"ın məlumatına görə, bu barədə millət vəkili özü məlumat verib. Bildirib ki, görüşdə həmçinin Baş Layısqı inzibati ərazi vahidinə daxil olan Cunut və Qumux kəndlərində yaşayan seçicilər də iştirak edib. Əli Məsimli, seçicilərinə Milli Məclisdəki fəaliyyəti barədə məlumat verib, qeyd edib ki, bu görüş növbəti il üçün dövlətimizin büdcəsinin və büdcəzərfinə daxil olan digər qanunların ikinci oxunuşda müzakirəsi öncəsi keçirildiyindən seçicilərin də mövqeyi vətəklifləri gələcək fəaliyyətin qurulmasıbaxımından olduqca önəmlidir. Görüşdəiştirak edən şəxslər Ünvanlı Dövlət Sosial Yardımın və əlilliyin təyin edilməsi, işsizlik, uşaqpulu, Cunut və Şin kəndlərinəqaz çəkilişi, Qumux kəndində bürokratik əngəllər səbəbindən qazlaşmayan evlərin qazlaşdırılması və s bağlı problemləri qaldırılmışlar.

Görüş fəal mükalimə şəraitində davam etmiş, qaldırılan problemlərin həlli istiqamətində müvafiq icra hakimiyyəti orqanları qarşısında məsələlərin qaldırılmasına qərar verilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
6
olaylar.az

1Источники