RU

Azərbaycanın xaricdən aldığı smartfonlar 26 manat bahalaşıb - YENİ QİYMƏT

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 289 milyon 240 min dollar dəyərində 1 milyon 36 min 863 ədəd smartfon idxal edilib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə bu ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici miqdar (say) baxımından  130 min 187 ədəd və ya 14,4%, dəyər baxımından isə 50 milyon 123 min dollar və ya 21% çoxdur.

Belə ki, 2023-cü ilin 9 ayı ərzində ölkəyə 206 milyon 190 min dollar dəyərində 906 min 676 ədəd smartfon gətirilib.

Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 474 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 448 manat idi. Bu da o deməkdir ki, orta idxal qiyməti son bir il ərzində 26 manat, başqa sözlə 5,8% artıb.

Избранный
21
fed.az

1Источники